
Ermənistan parlamenti bu gün qapalı iclas keçirəcək.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda “Ermənistanla Azərbaycanın təmas xəttində situasiya və demarkasiya məsələsi” müzakirə olunacaq.
İclasda Baş Qərargah rəisinin birinci müavini Kamo Kotsunts və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan iştirak edəcək.
Gununsesi.info