
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 3-cü pilləni tutduğu üçün mübarizəni Konfrans Liqasını Pley-off mərhələsində davam etdirəcək.
Gununsesi.info xəbər verir ki, bu mərhələdə Avropa Liqasından gələn komandalar Konfrans Liqasında qrup mərhələsini 2-ci pillədə bitirmiş komandalarla üz-üzə gələcək.
Artıq “köhlən atlar”ın potensial rəqibləri bəllidir. Onların arasında “Qarabağ”ın əvvəllər qarşılaşdığı komandalar da var:
Avropa Liqasından gələnlər:
“Bodo Qlimit”, AEK, “Ludoqorets”, “Braqa”, “Şerif”, “Latsio”, “Qarabağ”, “Trabzonspor”.
Konfrans Liqasında 2-ci yeri tutanlar:
“Fiorentina”, “Anderlext”, “Lex”, “Partizan”, “Dnepr”, “Gent”, ÇFR, “Bazel”.
Gununsesi.info