İkinci dəfə ailə həyatı qurub Moskvaya köçən müğənni Rəqsanə İsmayılova sosial media hesabında paylaşdığı fotoları ilə gündəmi çalxalayıb.
Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi qısa şortda və dəri gödəkçədə kamera önünə keçərək, cazibədar pozlar verib.
Rəqsanə ağ heykəllərin fonunda yerə uzanaraq, seksuallığı ilə göz qamaşdırıb.
Bir-birindən cəsarətli şəkillər çəkdirən R.İsmayılova paylaşımına “Qadın eyni zamanda həm alma, həm də ilandır” sözlərini yazıb.
O, xoşagəlməz şərhlərin qarşısını almaq üçün rəy bölməsini bağlayıb.
COMMENTS