Rusiya Müdafiə naziri Sergey Şoyqu Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarla görüşüb.
Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Rəsmilər Liviyadakı vəziyyəti müzakirə ediblər, eləcə də Liviya ilə bağlı Berlin konfransının qərarlarının yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər: “Tərəflər bir daha Liviyadaxili böhranı həll etmək üçün alternativ siyasi yolların olmadığını, Liviyanın müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyi qeyd ediblər”.
COMMENTS