Rəqibi Qənirə Paşayevanı debata dəvət etdi: “Debatdan çəkinməməyə çağırıram”

Rəqibi Qənirə Paşayevanı debata dəvət etdi: “Debatdan çəkinməməyə çağırıram”

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Raul Məmmədov rəqibi Qənirə Paşayevanı debata dəvət edib.

Gununsesi.org yerli mətbuata istinadən xəbər verir ki, R.Məmmədov namizədlər arasında debatların keçirilməsinin önəmini vurğulayıb.

O qeyd edib ki, debatlar namizədlərin seçicilərə nələri vəd etdiyi, hansı proqramlara malik olduqlarının öyrənilməsi baxımından çox önəmlidir: “Mən rəqibimi debatdan çəkinməməyə çağırıram”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.
Q.Paşayeva hazırda Milli Məclisin deputatıdır.

COMMENTS