ABŞ-ın Miçiqan ştatında yaşayan Hovard Kibri 70 dollara aldığı işlənmiş divanın içində 43 min dollar tapıb.
Gununsesi.org-un ribalych.ru-ya istinadən verdiyi xəbərə görə, bir neçə həftə “narahat” divana öyrəşməyə çalışan Kibri nəhayət döşəklərin örtüklərini dəyişmək qərarına gəlib.
Elə bu zaman məlum olub ki, divanın içində pul gizlədilib, özü də nə az, nə çox 43 min dollar.
Təəccüblü olsa da, 64 yaşlı kişi pulları özünə götürmək əvəzinə, əsl insanlıq nümunəsi göstərib və mebelin əvvəlki sahiblərinin axtarışına çıxıb.
Mağaza vasitəsilə Hovard divanın mərhum sahibinin nəvəsini tapıb və bütün pulları ona qaytarıb.
COMMENTS