İbadətə Azərbaycan bayrağı ilə qatıldılar… - FOTOLAR

Bu gün Məşədi Dadaş məscidində inanclı insanlar Məhərrəm ayı münasibətilə keçirilən ibadətə Azərbaycan bayrağı ilə qatılıblar.

Gununsesi.info xəbər verir ki, dindarlar dünən Azərbaycanın Londondakı səfirliyinin binasındakı təxribata cavab olaraq bu addımı atıblar.Mərasimdə şəhid ailələri də iştirak edib.

Sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanan bu addıma görə, istifadəçilər məscidin imam-camaatı Hacı Şahin Həsənliyə təşəkkür ediblər.

Xatırladaq ki, dünən radikallar səfirliyin binasına qalxaraq Azərbaycan bayrağını endiriblər. Bayrağımız daha sonra yerinə bərpa olunub.
Gununsesi.info