Qurban Qurbanov Dubayda onun məzarını ziyarət etdi - FOTO

“Qarabağ”ın baş məşqçisi mərhum prezidentin qəbrini ziyarət edib.

Gununsesi.info  Sportinfo-ya istinadən xəbər verir ki, Qurban Qurbanov “atlıların” uzun illər prezidenti və fəxri prezidenti olmuş Abdolbari Gozalın məzarı başında görüntülənib.

“Azərsun Holdinq”in qurucusu bu ilin 18 yanvar tarixində 76 yaşında Dubay şəhərində vəfat edib.

İş adamı A.Gozal 2001-ci ildə “Qarabağ” Futbol Klubunun ən ağır dövründə himayəsinə götürüb.

O, 2001-2015-ci illərdə klubun prezidenti, 2015-ci-2025-ci illərdə fəxri prezidenti olub.

Bu illər ərzində “Qarabağ” 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olub.

Gununsesi.info