
Milli Məclisin deputatı deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında parlament üzvlərinin “deputat” adlanmasina etiraz edib.
Gununsesi.info xəbər verir ki, deputat “millət vəkili” ifadəsinin əhəmiyyətini xüsusi vurğulayıb:
“”Millət vəkili” sözü daha önəmli məna daşıyır. “Deputat” sözü isə alınma sözdü. “Millət vəkili” sözü ictimai sifarişə çevrilib. Türkiyədə də “millət vəkili” ifadəsi işlədilir. Hesab edirəm ki, qanuna dəyişiklik olunmalıdır”.