Qubad İbadoğlu partiya lideri oldu

  • By admin
  • 17 Oktyabr 2021 18:18

Bu gün görkəmli iqtisadçı alim Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatı özünün qurultayını keçirib.

88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirakı ilə keçirilən səsvermənin nəticəsinə görə, təşkilat partiyaya çevrilib və Qubad İbadoğlu partiyanın sədri seçilib.

Bununla bağlı açıqlamasında Qubad İbadoğlu deyib:

“ADR Partiyasının təsis qurultayı keçirildi. Dörd saatdan çox davam edən Qurultay ADR partiyasını təsis etdi, Nizamnamə və Proqramını qəbul etdi, sədrini, MNTK üzvlərini seçdi, Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdrımaq üçün ALi Məclisə səlahiyyət verdi.
Mən növbəti 4 il üçün partiyanın sədri seçildim. Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizlərdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq, Azərbaycana demokratiya və azadlıqlar gətirəcək, əhalinin maddi rifahının və təhlükəsizliyinin yüksəlməsinə nail olacaq”.

Gununsesi.info