Qonşusunu döyərək öldürdü

  • By Admin2
  • 24 Mart 2026 10:50

Goranboyun Dəliməmmədli şəhərində qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, 41 yaşlı Elçin Ağayevin yetirdiyi xəsarət nəticəsində Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyev bir neçə gün koma vəziyyətində qalsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info