Qalibaf: ABŞ ilə heç bir danışıqlar aparılmayıb

“İran xalqı təcavüzkarların tam və peşmançılıqla cəzalandırılmasını tələb edir”.

Gununsesi.info xəbər verir ki, bunu X hesabında İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf yazıb.

O bildirib ki, bütün İran rəsmiləri bu məqsədə çatana qədər Ali Rəhbərin və xalqın arxasında möhkəm dayanırlar:

“ABŞ ilə heç bir danışıqlar aparılmayıb və saxta xəbərlər maliyyə və neft bazarlarını manipulyasiya etmək və ABŞ və İsrailin tələyə düşdüyü bataqlıqdan xilas olmaq üçün istifadə olunur”.

Gununsesi.info