Qocalar evində aylardır koronavirusa görə görüşə bilməyən cütlük qovuşdu – FOTO/VİDEO

  • By turana
  • 10 Fevral 2021 19:44

Qocalar evində romantik anlar yaşanıb.

Britaniyanın Nyukasl qraflığında yerləşən “Bradwell Hall” qocalar evinin işçiləri romantik anlara şahidlik ediblər.

Belə ki, aylardır pandemiya səbəbindən ayrı qalan yaşlı cütlük uzun müddət sonra bir-birinə qovuşub. Onların öpüşməsi qocalar evinin işçilərini kövrəldib. İşçilər həmin anları lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

1960-cı ildə ailə quran 84 yaşlı Lewis Tunnicliffe ilə 81 yaşlı Barbaranın romantik anları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Gununsesi.info cütlüyün fotolarını təqdim edir:

 

Gununsesi.info