
Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deputat Siyavuş Novruzovun DİN-i məhkəməyə verməsinə münasibət bildirərkən deyib.
E.Zahidov əlavə şərh verməyərək, Siyavuş Novruzovun da bu ölkənin vətəndaşı olduğunu diqqətə çatdırıb: “Məhkəməyə vermək istəyir, buyursun versin”.
Qeyd edək ki, deputat Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verdiyini deyib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur.
Gununsesi.info