
Qəfil yaxşı düşünülməmiş hərəkətlər ciddi disbalansa səbəb ola bilər və bazarda mövcud vəziyyətə baxsaq, bunun balansın pozulmasına səbəb olduğunu söyləyə bilərik.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin qlobal bazarda təbii qazın qiymətinin bahalaşmasını şərh edərkən deyib.
“Əlverişsiz faktorlardan biri böhrandan sonra iqtisadiyyatın sürətlə bərpası oldu, çünki bu, enerjiyə olan tələbatı artırdı və soyuq qış mövsümü Avropa ölkələrinin yeraltı qaz anbarlarında qaz miqdarını bir qədər azaltdı.
Həm də nəzərə alınmalıdır ki, son on ildə Avropada enerji balansı kəskin və ciddi şəkildə dəyişib. Buradakı bir çox ölkə hava şəraitindən asılı olan külək enerjisi naminə kömür və nüvə enerjisindən imtina edib”.
Gununsesi.info