
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Hərəkətdə olan “Sprinter” sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.
Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2-si uşaq olmaqla, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadidə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info