Qazaxda minik maşını aşdı – XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 18 Aprel 2021 18:54

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə hadisə rayonun Şıxlı kəndində qeydə  alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarə etməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 2002-ci il təvəllüdlü Qasımzadə Elcan Nadir oğlu və 2003-cü il təvəllüdlü Məmmədov Ruzi Şükür oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info