
Bakının Yasamal Rayonu Şərifzadə 192 və Talıblı küçələrindəki yaşayış binalarının həyətindəki 30-40 illik yaşı olan şam ağacları budama adı ilə məhv edilir.
Bu fakta Gununsesi.info-nun əməkdaşı adıçəkilən ünvanda yaşayan sakinlərin müraciəti əsasında şahid olub.
Əməkdaşımız hadisə yerinə yollananda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin əməkdaşları və 56 saylı MİS-nin rəisi Zahid Hüseynov ərazidə idi.
Sakinlərin ağackəsənlərə etirazının qarşısını almağa çalışan MİS rəisi onlara açıq yalan danışaraq, iddia edirdi ki, guya, budama həyata keçirilir. Ancaq ağacların az qala götüyünə kimi kəsilməsi sakinlari daha da etiraz səslərinin artmasına səbəb oldu.
Kütləvi etirazları görən meriya işçiləri ərazidən qaçmağa çalışdılar.
MİS rəisi Zahid Hüseynova yaxınlaşan əməkdaşımız ondan bu fakta niyə göz yummasını soruşub.
MİS rəisi Zahid Hüseynov ağackəsimini müşahidə edir
“Mən də gəlmişəm, araşdıram” deyən MİS rəisi riyakarcasına sakinlərin üzünə dayanıb ki. guya, orada ağac kəsilməsindən söhbət getmir.
Sakinlər isə binalarının sökülməsinə hazırlıq getdiyini və ərazidə tikinti aparılacağını xatırladaraq, ağacların kəsilməsini imkan verməyəcəklərini dedilər.
Hətta buna sübut kimi “SmartDom” MMC-nin posterinin ərazidə quraşdırılan posterini göstərdilər.
Əvvəlcə binaların söküləcəyi təqdirdə yaşıllıqlara toxunulmayacağını deyən şirkət işçilərinin yalanları bu gün üzə çıxıb.
Sakinlər ağacların məhv edilməsini və həyətdəki uşaq meydançasının dağıdılmasına imkan verməyəcəklərini deyib.
Əməkdaşımızın suallarına cavab verən “ağackəsənlər” isə əməllərinin özbaşınalıq olmadığını və prosesdən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xəbərdar olduğunu dedilər.
Gununsesi.info-nun əməkdaşının əlaqə saxladlığı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə olaydan xəbərsiz olduğunu iddia edib.
Mövzuya qayıdacağıq.
Kəsilmısi üçün işarələnən şam ağacı
Yayda böyük kölgəlik verən bu ağac daha olmayacaq
Uşaqların sevincinə tezliklə son qoyulacaq
Gununsesi.info