Təhlükəsizlik Şurası İranla bağlı təcili toplaşacaq

ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclası bu gün – yanvarın 15-də keçirilə bilər.

Gununsesi.info xəbər verir ki, bunu Təhlükəsizlik Şurasındakı mənbə TASS-a bildirib.

Yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edən Somali Federal Respublikasının Daimi Nümayəndəliyi iclasın Vaşinqtonun tələbi ilə təsdiq edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.

Gununsesi.info