Qatil olmadığı 25 il sonra anlaşıldı

İllər sonra məlum oldu ki, ABŞ-da bir məhbus törədilən qətlə görə məsuliyyət daşımır.

Gununsesi.info xəbər verir ki, Kaliforniya məhkəməsi qətli törətməməkdə qərarlı olan məhbusu azadlığa buraxıb.

Los-Ancelesdəki Apellyasiya Məhkəməsinin hakimi Uilyam Rayan 44 yaşlı məhbus Migel Solorionun hökmün səhv olduğuna dair şikayətinə baxıb.

Müdafiə tərəfinin vəkilləri Solorionun qətli törətdiyinə dair iddialarının “səhv şahid təcrübəsinə” əsaslandığını bildiriblər.

Los-Anceles prokurorluğu isə məhkəməyə bildirib ki, “2020-ci ildə ortaya çıxan yeni elmi rəyə əsasən, hər bir şahidin ifadəsi yalnız bir dəfə alınmalı və ifadə prosesləri şahidlərə də təsir edir” və müdafiə tərəfinin iddiaları əsaslandırılıb.

Hakim Rayan isə müdafiə tərəfinin arqumentlərini və ittiham tərəfinin rəyini dəyərləndirərək, səhv hökmə görə 25 il müddətinə azadlıqdan məhrum edilən məhbusa bəraət hökmü çıxarıb.

Sakramentodakı Mule Creek İslah Müəssisəsinin Solorionu 5 gün ərzində azad edəcəyi gözlənilir.

Solorio 1998-ci ildə qətlə görə həbs edilmiş və ömürlük həbs cəzasına məhkum edilib.

Gununsesi.info