Şəhid oğlu Dünya Robot Olimpiadasında tarix yazdı

Dünya Robot Olimpiadasında tarix yazan Azərbaycanın “Village Boys” komandasının 3 üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, Hacı Hacıyev Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir.

O, bu ilin 1-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən VI Robot olimpiadasında “Future İnnavation” (Junior) kateqoriyası üzrə I yerə layiq görülüb.

Noyabrın 7-dən 9-dək keçirilən Dünya Robot Olimpiadasında isə 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Azərbaycan Universitetləri səhifəsi yayıb.

 

Gununsesi.info