
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə hökm elan edilib.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Eduard Dubakova təyin edilmiş cəza müddəti başa çatdıqdan sonra ölkədən məcburi qaydada çıxarılması təmin olunacaq.