“Daha ağır intiqam yoldadır” – İrandan xəbərdarlıq

“Daha ağır intiqam yoldadır” – İrandan xəbərdarlıq

İran Milli Təhlükəsizlik Yüksək Şurasının baş katibi Əli Şemhani Amerikanın Bağdadda təşkil etdiyi hücum zamanı öldürülən Qasım Süleymaninin intiqamının alınacağını bildirib.

Gununsesiaz.info xəbər verir ki, belə bir bəyanatı İran rəsmisi özünün sosial şəbəkə hesabında edib. “Qasım Süleymani üçün alacağımız daha ağır intiqam hələ yoldadır”, – deyə Əli Şemhani ABŞ-ı hədələyib.

Qeyd edək ki, İran generalı Qasım Süleymani 3 yanvar tarixində Bağdad hava limanındakı hücum zamanı öldürülüb.

Gununsesiaz.info

COMMENTS