“Qarabağ”dan yeni transfer - FOTO

“Qarabağ” klubu yeni futbolçu transferini həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, klub braziliyalı yarımmüdafiəçi Julio Romanla müqavilə imzalayıb.

24 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyanın “Santa Klara” klubunda çıxış edib. Daha əvvəl Roman Braziliyanın Paranaense” və “Ponte Preta” komandalarının formasını geyinib.

Gununsesi.info