
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.
Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.
Gununsesi.info