
“Mançester Yunayted” klubunun yeni baş məşqçisi Erik ten Haq futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
“Ölkə.Az” ofssdideplus.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları deyib:
“Ronaldo şəxsi məsələlərə görə aramızda deyil. Bu mövsüm Ronaldoya ümid edirik. Onunla işləmək fürsətini səbirsizliklə gözləyirəm. Ronaldo mənə klubdan ayrılmaq istədiyi ilə bağlı heç nə deməyib. Bu haqda xəbərləri oxudum. Amma dediyim kimi, Kriştiano satılmır. O, bizim planlarımızın bir hissəsidir, biz birlikdə uğur qazanmaq istəyirik. Bu problem yaranmazdan əvvəl əlaqə saxladıq. Danışdıq və çox yaxşı söhbət etdik”.
Qeyd edək ki, portuqaliyalı oyunçu ötən ilin yayında “qırmızı şeytanlar” ilə 2+1 illik müqavilə imzalamışdı.
Gununsesi.info