
Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Cəlal Arutunyan yeni vəzifə alıb.
Gununsesi.org xəbər verir ki, Arutunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin olunub.
Xatırladaq ki, Arutunyan 2020-ci il 27 oktyabrda Qarabağda gedən döyüşlərdə politsoz uçuş aparatı tərəfindən vurulmuşdu. Onun ölüm xəbəri yayılsa da, sonradan ağır xəsarət aldığı aydınlaşmışdı.