
ABŞ-da 9 yaşlı qıza qarşı bibər qazı istifadə olunub.
Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Nyu York əyalətinin Roçestr şəhərindəki polis 9 yaşlı bir qıza bibər qazı tətbiq edib.
Hadisə 29 yanvar tarixində bir qadının “ailə münaqişəsi” ilə əlaqədar olaraq polisi çağırdığı zaman baş verib. O, polisə bildirib ki, qız intihar etmək və anasını öldürmək istəyib.
Polislər qızı xəstəxanaya aparmaq istədikləri zaman, o, qaçmağa cəhd göstərib. Yayılan videoda qollarında qandal olan qızın polis maşınına minməkdən imnita etdiyi eks olunur.