Qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı saxlamalıyıq

  • By Mina
  • 23 Aprel 2024 17:52

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

 

“Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq”, – deyə dövlət başçısı qeyd edib.

Gununsesi.info