Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası aşkarlandı

  • By admin
  • 05 Aprel 2021 21:46

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib.

Gununsesi.info xəbər verir ki,  yoxlama zamanı satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda, müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.

Gununsesi.info