Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı – Rəsmi açıqlama

  • By admin
  • 30 Mart 2021 22:53

Sosial şəbəkələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından saxta məlumatlar paylaşılıb.

Gununsesi.info xəbər verir ki, məlumatda aprelin 2-dən 14-dək məktəblərin koronavirus səbəbindən bağlanacağı iddia edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələ ilə bağlı açıqlama yayıb və bunun saxta olduğunu bildirib:

“Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar!”

Gununsesi.info