Qadın yarışmaçılar arasında dava: Təhdidlər havada uçuşdu

TV8-də yayımlanan “Survivor All Star”ın son bölümündə gərginlik bir an belə düşməyib.

Gununsesi.info xəbər verir ki, kişi yarışmaçıların bir-biri ilə yarışdığı zaman Pınar, Səma və Seda arasında mübahisə düşüb.

Toxunulmazlıq oyununda seçim zamanı yarışmaya daha sonra qoşulan Səmaya reaksiya verən Pınar, “xala, gəl burda sənin başına kaman bağlayaq, doğuş yatağından qalxıb gəlmisən” deyib. Səma Pınarın “Sənə nə olub, Pınar? Məni tanıyanlar tanıyır” sözlərinə cavab verib, Pınara tərəf addımlayıb. İkili arasında mübahisə davam edəndə Səma qəzəbindən ağlayıb.

Əkizi Səmanı ağladığını görən Mavi komandanın iştirakçısı Seda da davaya qoşulub. Əkizinə qışqıran Pınara tərəf qaçan Sedanı yarışmaçılar tutmaqda çətinlik çəkib. Sercanın müdaxiləsi ilə uzaqlaşdırılan Seda “Bacımla belə danışa bilməz” deyə qışqırıb. Əkizinin yanına gedən Seda Pınarla bağlı “Ona göstərərəm. Qoy mənə göstərsin ki, necə bir yarışmacıdır. 20 günə raket kimi olacağını bildiyi üçün yoxlanılmanı istəmir. Mən ona dünyanın nə qədər böyük olduğunu göstərəcəyəm”, deyib.

Gununsesi.info