Qəzzada ölən jurnalıstlərin sayı

Oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlərin sayı 61-ə yüksəlib.

Gununsesi.info  xəbər verir ki, Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) oktyabrın 7-dən etibarən Qəzzada öldürülən, yaralanan, itkin düşən və ya saxlanılan jurnalistlərin sayını yeniləyib.
Bildirilib ki, dekabrın 3-nə ölən jurnalistlərin sayı 61, yaralanan jurnalistlərin sayı isə 11 olub. 19 jurnalistin saxlanıldığı bildirilib. 3 nəfər itkin düşüb.
Bəziləri də xidməti vəzifələrini yerinə yetirərkən ailə üzvlərini itirib.
Gununsesi.info