Qətər Əmiri Sani BMT-də İsrailin işğalçılığından danışdı – Fələstin xalqına dəstək verdi

  • By arzu
  • 20 Sentyabr 2023 13:42

Qətər Əmiri Şeyx Təmim Həmid əl Sani Birləşmiş Millətlər Təşkilatında çıxış edərkən Fələstin xalqına dəstəyini yeniləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci toplantısında çıxış etmək üçün Nyu-Yorkda olan Sani kürsüdəki çıxışı zamanı bölgədə siyasi həllin əldə edilməsi üçün Fələstin xalqına dəstək çağırışı edib.

Fələstin məsələsinə önəm verən Qətər Əmiri İsrailin işğalçılığından bəhs edib. “Fələstin xalqı İsrailin kefi ilə məskunlaşmaların və bir-birinin ardınca gələn İsrail hökumətlərinin hər cür siyasi həlli rədd etməsinin əsiri olaraq qalmamalıdır”.

Qətər əmi çıxışı zamanı Liviya və Mərakeşdə sel fəlakəti səbəbi ilə həyatın itirənlər üçün başsağlığı verib.
Təmim Suriyadakı böhranın siyasi keçidinə imkan yaradacaq siyasi proses üçün geniş həll gözləntisində olduqlarını biildirib.

Tərcümə: Arzu

Gununsesi.info