
Amerika lideri Co Bayden Orta Asiyadakı türk dövlətlərinin Prezidentləri ilə görüş keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “C5+1” adlandırılan ilk zirvə Amerikanın Nyu-York şəhərində gerçəkləşdirilib.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan Prezidentlərinin qatıldığı toplantıda iqtisadiyyyat, siyasi dialoq, ticarət, yatırım, strateji ortaqlıq və humanitar əməkdaşlıq müzakirə edilib.
Çoxtərəfli görüş zamanı Avrasiyada barışıq və sabitliyin qorunması mövzuları geniş və detallı şəkildə ələ alınıb.

Orta Asiya və Amerika arasındakı iqtisadi əmədaşlıqla yanaşı, kiber təhlükəsizlik, terrorçuluq, radikalizm şiddəti, qanunsuz köç və narkotik qaçaqmalçılığı kimi problemlərlə mübarizədə işbirliyinin gücləndirilməsi masaya yatırılıb.
Qazaxıstan Prezidenti Comart Tokayev BMT-nin Orta Asiya və Əfqanıstandakı Regional Qalıcı İnkişaf Hədələri Mərkəzinin Almatı şəhərində qurulması ilə bağlı Amerikanın dəstəyinə güvəndiklərini bildirib.
Özbəkistan Prezidenti Şefkat Mirziyoyev isaə ticarət və yatırım çalışmalarının gücləndirilməsi, layihələr üzrə əməkdaşlıqların qurulması, bölgədəki nəqliyyat koridorlarının inkişaf etdirilməsi, insan haqlarının təmin edilməsi, təhsil proqramlarının genişləndirilməsi və Əfqanıstandakı durumun sülhlə həllinə yardımçı olmaqla bağlı mövzularla çıxış edib.
Qırğızıstan Prezidenti Sadr Cafarov isə qarşılıqlı anlayış və etibarı gücləndirmək, təhlükəsizlik və sabitliyi təmin etmək, ticari-iqtisadi əməkdaşlığı genişləndirmək üçün uyğun şərtlər yaratmağın gərəkli olduğunu vurğulayıb.
Cafarov “C5+1” formatı da daxil, Amerika ilə əməkdaşlığın Qırğızıstan xarici siyasətinin önəmli addımlarından biri olduğunu dilə gətirib.
Toplantının sonunda Amerika və Orta Asiya ölkələri arasında qarşılıqlı anlayışın dərinləşdirilməsi və konstruktiv əməkdaşlığın genişləndirilməsi üçün razılaşma əldə edilib.
Tərcümə: Arzu