
Braziliya və Kuba öz aralarında yeni diplomatik dönəm başladır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün iki ölkə diplomatik əlaqələrini bərpa etməyə qərar verib.
Kubanın paytaxtı Havanada keçirilən “G77+Çin” zirvəsindən sonra Kuba Prezidenti Miqel Diaz Canel Braziliyadan olan həmkarı Lula da Silva ilə İnqilab Sarayında görüş keçirib.
Görüş zamanı iki lider 3 anlaşmaya ima atıb. Bununla bağlı Braziliyanın Prezident Sarayından açıqlama verilib.
“Şəkərli diabet, dərman istehsalı və vaksin hazırlanması ilə bağlı razılaşma əldə edilib”, – deyə bildirilir.
Açıqlamada iki lider arasında “faydalı və isti” atmosferdə bir dialoq gerçəkləşdirildiyi bildirilir. İki dövlət arasında ortaq mənfəətlərin gücləndirilməsi üçün mövcud fürsətlərin olmasına vurğu edilib.
Kuba lideri Kanel Braziliya ilə diplomatik əlaqələrin yenidən yaxınlaşmasının önəmindən bəhs edib.
“Ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməyimizə və hər iki xalqın yararına uyğun şəkildə münasibətlərin səviyyəsini yüksəltməyə dair qarşılıqlı iradə göstərdik”, – deyə Kanel açıqlayıb.
Braziliyanın radikal sağçı keçmiş Prezidenti Jair Bolsonaronun zamanında pozulan Kuba ilə diplomatik əlaqələr yenidən qurulacaq.
Xatırladaq ki, 2018-ci ildə seçkiləri qazanan Jair Bolsonaro “Kuba ilə diplomatik əlaqələrin davam etdirilməsinin heç bir mənası olmadığını” əsas gətirərək sosializmlə yönəldilən bir ölkə ilə iş görülməsinin yersiz olduğunu” söyləmişdi.
Tərcümə: Arzu