Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşdı

Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesi yekunlaşıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, artıq 250 mindən artıq adlı siyahı təqdim olunub.

 

“Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək”.

 

 

Gununsesi.info