Qəbələdə avtobusla mikroavtobus toqquşub, Küveyt vətəndaşı xəsarət alıb

  • By ilhame
  • 25 Fevral 2024 15:12

Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə “Mercedes Vito” da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info