Putinin sözçüsü: “Üçtərəfli razılaşmanın bütün bəndlərinin icrası vacibdir” VİDEO

 

“Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, onun inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır”.

Gununsesi.info  bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən, biz çox diqqətlə izləyirik, təbii olaraq vəziyyətin gərginləşməsindən narahatıq, tərəfləri təmkinli olmağa, ən əsası, üçtərəfli sazişin məlum sənədlərinin bütün müddəalarına əməl etməyə çağırırıq”, – mətbuat katibi bildirib.

Peskovun sözlərinə görə, Rusiya Federasiyası ilə Ermənistan arasında müxtəlif səviyyələrdə sıx təmaslar İrəvanın rus sülhməramlılarının işi ilə bağlı suallarına aydınlıq gətirməyə kömək edəcək:

“Əsas başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Əsas odur ki, tərəflər bu sənədlər üzrə götürdükləri bütün öhdəlikləri yerinə yetirsinlər. Suallar varsa, təbii ki, onlara cavab verilməlidir. Eyni zamanda, erməni tərəfi ilə müxtəlif səviyyələrdə mövcud olan sıx təmaslarımız mövcud məsələlərə aydınlıq gətirməyə imkan verəcək”.

Gununsesi.info