Qərbi azərbaycanlılara qaçqın statusu verilsin - TƏKLİF

Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu təkliflə “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli çıxış edib.

O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:

“Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər”.

Gununsesi.info