“Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”.
Gununsesi.org-un verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Avtoradio”ya müsahibəsində deyib.
O, danışıqlar vaxtı V. Putinin konkret məsələlər qoyduğunu, daha sonra verdiyi vədləri dərhal yerinə yetirdiyini vurğulayıb: “Bu mənada Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Ona görə də onlar çox, çox çətin vəziyyətlərdə həll yolu tapmağa nail olurlar. Bu, Suriya probleminə də aiddir”.
Gununsesi.org
COMMENTS