Putin Təhlükəsizlik Şurasında Tovuzdakı atışmanı müzakirə etdi

Putin Təhlükəsizlik Şurasında Tovuzdakı atışmanı müzakirə etdi

 

Rusiya prezidenti Vladimir Putin və RF Təhlükəsizlik Şurasının daimi üzvləri iyulun 17-də Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

Bu barədə Gununsesi.org Rusiya mediasına Putinin mətbuat katibi Dmitri Peskova  istinadən bildirir.

Onun sözlərinə görə, müzakirədə Moskvanın vasitəçilik səylərinə hazır olduğu bəyan edilib: ““Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Davam edən gərginliklə bağlı hədsiz narahatlıq ifadə olunub, tərəflərin atəşkəs rejimini təmin etməsi zərurətinə diqqət çəkilib, həmçinin vasitəçilik səylərinə hazırlıq ifadə olunub”.

Gununsesi.org

COMMENTS