Putin İrəvanda sülh sazişindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, Rusiya lideri bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında danışıb.

“Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür”, – Putin çıxışında bildirib.

O qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək.

Qeyd edək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.

Gununsesi.info