
Milli Məclisin deputatı Mixail Zabelin jurnalistə müsahibəsində Azərbaycan dilini başa düşməməsini bir daha nümayiş etdirib.
Gununsesi.info bildirir ki, YAP-ın 30 illiyi tədbirində ona yaxınlaşan Toplum TV əməkdaşının “Siyasi məhbusların varlığı barədə iddialara necə yanaşırsız” sualına gözlənilməz cavab verib.
Deputat “iddia” sözünü “ideya” kimi başa düşüb və YAP haqqında danışıb.
Sosial şəbəkələrdə lağ obyektinə çevrilən həmin videonu təqdim edirik:
Gununsesi.info