
Rusiya qoşunları Donetsk vilayətində Kramatorsk şəhəri dəmiryol vağzalına iki raket zərbəsi endirib.
Gununsesi.info bildirir ki, son açıqlanan məlumata görə, 39 nəfər həlak olub, onlardan 5-i azyaşlıdır. Yüzlərlə adam yaralanıb.
Zərbələr “İsgəndər” raketləri ilə endirilib. Hücum zamanı vağzalda Donbasdan təhlükəsiz sahələrə evakuasiya olunan minlərlə adam olub. Hazırda Ukrayna hökuməti Xarkov, Luqansk və Donetsk vilayəti əhalisini evakuasiya edir.
Gununsesi.info