İraq və Suriyadan yüzlərlə şəxs Azərbaycana gətirildi

2018-ci ildən bu günə kimi İraq və Suriyadan Azərbaycana 365 nəfər gətirilib.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev deyib.

O qeyd edib ki, gətirilənlərdən 345-i uşaq, 20-si isə qadındır.

“Onlar ailələrinə qayıtdıqdan sonra da ailələrinə və cəmiyyətə uyğunlaşmaları üçün sosial reabilitasiya işləri davam etdirilir”, – deyə F.Ağayev əlavə edib.

Gununsesi.info