Milli Şura Ukraynaya dəstək mitinqi keçirmək istəyir - ELDAR ƏZİZOVA MÜRACİƏT EDİLDİ

  • By admin
  • 24 Mart 2022 19:25

Milli Şura 2 aprel tarixində saat 15.00-dən 17.00-dək Ukraynaya dəstək mitinqi haqqında qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, Bakı şəhəri icra hakimiyyətinə  yazılan məktubda “Məhsul” stadionu, metronun “Nərimanov” stansiyası yanındakı park və ” “Ukrayna” dairəsi istəniləcək.

Mitinqin məqsədi Azərbaycan xalqının Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna xalqına dəstəyini ifadə etməkdir. Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılacağı təqdirdə keçiriləcək.

Gülnar

Gununsesi.info