
Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşü planlaşdırılır.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.
“Putinin Baydenlə ilin donuna qədər bu və ya digər formatda görüşü realdır”, – Peskov açıqlama verib.
Xatırladaq ki, sonuncu dəfə Putinlə Bayden 2021-ci il iyununda İsveçrənin Cenevrə şəhərində görüşüblər.
Gununsesi.info