
“İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi düşünmürəm ki, müharibə yaratsın”.
Gununsesi.info-nun məlumatına görə, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
Onun fikrincə, Fəxrizadənin qətlinə reaksiya o qədər də nümayişkaranə olmayacaq. “Rəsmi Tehran ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmaya qayıtmasında maraqlıdır. Sui-qəsdin gərginliyin artmasına və belə bir ssenarinin pozulmasına yönəldiyi açıqdır. İran müharibə üçün bir səbəb göstərməyəcək. Çünki düşmənləri bunu gözləyir”, – Puşkov qeyd edib.
Gununsesi.info