Əfqanıstanda partlayış: 23 ölü, 16 yaralı

Əfqanıstanın Qəzni şəhərində güclü partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ariana News” məlumat yayıb.

Hərbi hissənin yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində 23 nəfər həlak olub, 16 nəfər xəsarət alıb.

Həlak olanların və yaralıların hamısı hərbçilərdir.

Heç bir terror qruplaşması partlayışı öz üzərinə götürməyib.

Gununsesi.info